Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Hütmət Kadırova yüksək vəzifəyə gətirilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Qroznı İnform” məlumat yayıb.
Məlumata görə, Kadırova respublika rəhbəri katibliyinin rəis müavini təyin edilib. O, yeni vəzifəsində reabilitasiya mərkəzlərinin işinə nəzarət edəcək.
Qeyd edək ki, Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırova respublikanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Nazir vəzifəsinə təyin olunanda onun 22 yaşı var idi.

