Rasim Balayev Mədəniyyət Nazirliyini tənqid etdi: “Bu, Azərbaycanın adıdır, təşkilatçılıq edə bilmirsənsə, tədbir keçirmə”backend

Rasim Balayev Mədəniyyət Nazirliyini tənqid etdi: “Bu, Azərbaycanın adıdır, təşkilatçılıq edə bilmirsənsə, tədbir keçirmə”

“Tədbir keçirirsənsə, bunu səviyyəli şəkildə etməlisən. Bu, Azərbaycanın adıdır. Gücün çatırsa, et, təşkilatçılıq edə bilmirsənsə, etmə. Saxla, peşəkar komanda yığ, sonra təşkil et. Milli Yaylaq Festivalını təşkil edəndə, görünür, bunların heç birini nəzərə almayıblar”.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycanın xalq artisti Rasim Balayev deyib.

“Belə bir tədbirin təşkili üçün büdcədən pul ayrılırsa, hər şey ona uyğun şəkildə təşkil olunmalıdır. Bir var nəyisə könüllü edəsən, bir də var ki, bunun üçün sənə pul ayrılıb. Əgər pul ayrılıbsa, deməli, təşkilati iş də səviyyəli şəkildə olmalıdır. Tədbir iştirakçılarının təşkilat məsələlərindən narazı qalmasını çox pis dəyərləndirirəm. Belə tədbirlərin təşkili yüz ölçülüb, bir biçilməlidir ki, hər şey yerində olsun” – R.Balayev qeyd edib.

  • Turk
    Avqust 1, 2022 - 23:41

    Azerbaycan memurlar Vətənən cox., pulu sevirlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*