Rayonlara yenidən axın başladı – Bakıdan çıxışda TIXAC – FOTOLARbackend

Rayonlara yenidən axın başladı - Bakıdan çıxışda TIXAC - FOTOLAR

Karantin rejiminin uzadılması, metronun və həftəsonları ictimai nəqliyyatın bağlanması qərarından sonra Bakıdan rayonlara yenidən axın başlayıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu gecə Bakıdan çıxışda böyük tıxac yaranıb.

Xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyib. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev ötən gün rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin paytaxtdan çıxışına məhdudiyyət tətbiq ediləcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*