Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu ölkənin Baş naziri Nikol Paşinyanla görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Abdullahiyan ölkəsinin prezidenti İbrahim Rəisinin adından Nikol Paşinyanı Tehrana səfərə dəvət edib.
XİN rəhbəri bildirib ki, İran qonşuları ilə, o cümlədən Ermənistanla münasibətlərə önəm verir.
Paşinyan isə öz növbəsində qeyd edib ki, Qafanda Baş konsulluğun açılması Ermənistan və İranın münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını təsdiqləyir.
