Rəşad Nəsirov: “Paşinyanın bir sıra beynəlxalq platformalarda özünü səriştəsiz və aciz siyasətçi kimi göstərməsi artıq adi hala çevrilib”backend

Rəşad Nəsirov: "Paşinyanın bir sıra beynəlxalq platformalarda özünü səriştəsiz və aciz siyasətçi kimi göstərməsi artıq adi hala çevrilib"

“Paşinyanın bir sıra beynəlxalq platformalarda özünü səriştəsiz və aciz siyasətçi kimi göstərməsi artıq adi hala çevrilib”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında əməkdar jurnalist Rəşad Nəsirov bildirib.

R.Nəsirov qeyd edib ki, “Jurnalist fəaliyyətimlə bağlı müxtəlif illərdə erməni siyasətçiləri ilə müsahibələrim olub, indi onları xatırlayıb adlarını çəkmək istəmirəm, amma həmin bu müsahibələr zamanı onlar ən azı diplomat kimi öz xislətlərini gizlətməyə çalışırdılar. Haqqın kimin tərəfində olduğunu anlayıb, pat vəziyyətindən çıxmaq üçün müxtəlif fənlərlə cavablardan diplomatik yayınırdılar. Paşinyan isə tam başqa bir mövzudur. Düşünürəm ki, o Ermənistan tarixinə ən yaramaz rəhbər kimi düşəcək. Onun bir siyasətçi kimi hələ də baş tutmamasını, bacarıqsız və aciz olmasını isə Rusiyanın “Rossiya 1” kanalı növbəti dəfə nümayiş etdirdi”.

Əməkdar jurnalist vurğulayıb ki, “Rossiya 1”  kanalında Qarabağ mövzusuna həsr edilən verilişdə Paşinyanın siyasi savadsızlığı bir daha üzə çıxdı: “Məsələdən və aparıcının suallarından yayınaraq tamaşaçıları dezinformasiya ilə başqa səmtə yönəltmək istəsə də, bu dəfə bu erməni finti baş tutmadı. Beynəlxalq ictimaiyyət artıq çoxdan başa düşüb ki, Azərbaycan güclü dünyəvi, demokratik, tolerant, öz liderinə güvənən bir ölkədir.

Azərbaycan dövləti istər Vatikandakı qvatekombaların, istər Parisdəki Notr Dam kilsəsinin bərpasına, istərsə də Pakistanda qızlar üçün olan məktəbin inşasına və digər bu kimi nəcib missiyalara daim dəstək göstərir. Elə orta yaşlı Rusiya tamaşaçısı da hələ sovet dövründən xatırlayır ki, Bakının ikinci adı beynəlmiləl şəhəridir. Bundan savayı, ölkəmizdə 2016-cı ilin multikulturalizm ili elan edilməsi, “Avroviziya” mahnı müsabiqəsindən tutmuş, Azərbaycanda Avropa və  islam oyunlarının keçirilməsi göstərir ki, ölkəmiz beynəlxalq və mötəbər tədbirlərin keçirildiyi böyük bir məkana çevrilib. Bu səpkidə Paşinyanın “Rossiya 1” kanalının efirindən səsləndirdiyi guya Suriyadan Azərbaycana yaraqlıların gətirilməsi və burada onların şəriət qayda-qanunlarını tətbiq etmək istəmələri ilə bağlı uydurması keçmədi.

Nikolun digər uğursuz fənni isə Türkiyənin münaqişəyə birbaşa müdaxilə etməsi məsələsini qabardaraq rəsmi Moskvanı qıcıqlandırmaq istəyi idi ki, bu, erməni xalq nağılına da əhəmiyyət verilmədi. Mən psixoloq deyiləm, jurnalistəm amma Paşinyanın dilinin topuq vurmasını, kəkələməsini, gözlərinin qaçmasını bir sözlə xarakterizə edə bilərəm-təşviş. Qarabağlıyam, uşaq vaxtı Horadizə nənəm gilə tez-tez gedirdim, rəhmətlik deyərdi ki, bala erməni tülkü kimi bic, dovşan kimi qorxaq, siçan kimi qaçaqdır. Dünən “Rossiya 1”  kanalına baxarkən bunun bir daha şahidi oldum.

Babək Göyüş,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*