Rəşad Sadıqov karyerasını başa vurdubackend

Rəşad Sadıqov karyerasını başa vurdu

Millimizin sabiq müdafiəçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, koronavirus pandemiyası ilə əlaqədar ləğv edilən mövsümün Rəşad Sadıqov üçün sonuncu olduğunu bildirib.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə “Turan”da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi “Qarabağ”da çıxış edirdi.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*