Rəsmi Aşqabadla Pekin arasında bağlı qapılar arxasında əldə edilən razılaşmalar sirr olaraq qalırbackend

Rəsmi Aşqabadla Pekin arasında bağlı qapılar arxasında əldə edilən razılaşmalar sirr olaraq qalır

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Sinçızyan və Hong Kong məsələlərində Çinin mövqeyini dəstəkləyir. Aşqabad BMT İnsan Haqları Şurasının son iclasında dəstəyini açıq şəkildə bildirib və bu açıqlamadan dərhal sonra Çinli diplomatı qəbul edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Çin xarici işlər naziri Van İ Türkmənistanlı həmkarı ilə görüşərək bildirib ki, “Zəmanəmizin ümumi çağırışlarına və təhdidlərinə qarşı xarici siyasət koordinasiyasını gücləndirmək vacibdir”. Rəsmi Türkmən mediası bildirir ki, diplomatlar ortaq təhdidləri və Əfqanıstanda sülhün bərqərar olması məsələsini müzakirə ediblər.

Çin mediasının yazdığına görə, Pekin Əfqanıstanla əlaqəli mövzularda Türkmənistanla əməkdaşlıqda çox maraqlıdır. Bu məqsədlə ölkə Türkmənistana istənilən ənənəvi və qeyri-ənənəvi təhlükəsizlik dəstəyi verməyə hazırdır.

Aşqabad ilə Pekin arasında bağlı qapılar arxasında əldə edilən razılaşmaların təfərrüatları sirr olaraq qalır. Çin tərəfinin “ənənəvi və qeyri-ənənəvi dəstək” verməklə nə demək istədiyini söyləmək çətindir. Bu, ölkələrin kəşfiyyat xidmətləri arasında məlumat mübadiləsindən, hərbi təlimlərdən, silah tədarükündən də ibarət ola bilər.

Belə ki, keçmişdə Çin Əfqanıstanla həmsərhəd bölgələrdə Tacikistan üçün hərbi postlar tikmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*