Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın təhvil verdiyi əsirlərin adlarını açıqlayıb.
KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunlar Tarzyan Sarkis, Balayan Vardges, Petrosyan Armen, Babayan Artur, Sarkisyan Hmayak, Qaloyan Qurgen, Kyuregyan Qriqor və Maloyan Vaqarşakdır.
Əsirlərin qaytarılması fevralın 4-də Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən videokonfransdan sonra həyata keçirilib. Onların bəziləri 2021-ci il noyabrın 16-da baş verən qarşıdurmalar zamanı saxlanılan hərbçilərdir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanda saxlanılan erməni məhbusların sayının təxminən 70 nəfər olduğunu bildirmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
