Vaşinqton Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Ukraynadakı silahlı münaqişənin təhlilini dərc edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı ekspertlər öz araşdırmalarında Ukrayna qoşunlarının payızda mümkün əks-hücumunun qarşısını almaq üçün rus qoşunlarının və hərbi texnikasının Xersonun şimal-şərq hissəsinə və Zaporojye vilayətlərinin qərb hissəsinə köçürülməsini qeyd ediblər.
Məlumatda həmçinin bildirilir ki, Ukrayna ordusu Donbasda İzyum və Slavyansk yaşayış məntəqələrinə əks-hücumlar edib və bu, Ukrayna tərəfinə Rusiyanın Slavyansk və Kramatorsk istiqamətində hücumunun qarşısını almağa imkan verir.
Ekspertlərin fikrincə, Ukraynanın aktiv hərəkətləri, eləcə də ABŞ və digər NATO-ya üzv ölkələrin hərbi dəstəyi Ukraynaya ilk dəfə olaraq müharibənin gedişatını aktiv şəkildə formalaşdırmağa başlamağa imkan verir.
Natiq Səlim,
KONKRET.az
