Rəsul Quliyev: “Rusiya parçalanacaq, 3-4 müstəqil ölkəyə çevriləcək”backend

Rəsul Quliyev: “Rusiya parçalanacaq, 3-4 müstəqil ölkəyə çevriləcək"

“Psixi vəziyyəti normal olan Prezident yox, sadə insanların belə Putin kimi ağılsız hərəkətlər etməsi mümkün deyil. Özünü Rusiya və Sovet imperiyasına daxil olmuş ölkələrin tarixinin bilicisi hesab edən Putinin ətrafdakıları riqqətə gətirən sayıqlamaları, bütövlüklə dağıdıb, apardığı siyasətin keçmiş Sovet, yəni rus imperiyası yaratmağın astanasında olduğuna inanıb və bu prosesi Ukraynanı işğal etmək cəhdi ilə başladı.

Ukraynada qadınları zorlayan rus ordusunun kütləvi qırğınları ilə Putin beynəlxalq cinayətkara çevrildi. Artıq (özü güllələməsə) onun yolu Haaqa tribunalından keçir. Ondan başqa bu tribunala ən azı Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri, insanları qətlə yetirən generalları cəlb olunacaq”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Rusiya parçalanacaq, ən azı 3-4 müstəqil ölkəyə çevriləcək: “Tatarstan-Başqırdıstan, Vladivastok, Qafqaz, Moskva və Peterburq knyazlıqları. Artıq bu ölkədə heç bir nüvə silahı olmayacaq. Sibirin böyük bir hissəsi Çinin tərkibinə daxil ola bilər. Çox ümid edirəm, bu, belə olacaq. Dünyanın yaxası uzun müddətə dəli diktatorlardan azad olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*