Reuters: “Exxon Mobil” iyunun 24-də Rusiya bazarından tamamilə çıxa bilərbackend

Reuters: "Exxon Mobil" iyunun 24-də Rusiya bazarından tamamilə çıxa bilər

Dünyanın ən böyük neft şirkətlərindən biri “Exxon Mobil” iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, şirkət Rusiyadakı digər müəssisələrini, o cümlədən məşhur “Mobil” sürtkü yağlarının satışını iyunun 24-dək dayandırmağı düşünür.

Qeyd olunur ki, ötən ilin məlumatına görə, “Exxon” bütün Rusiya üzrə mindən çox insanı işlə təmin edib.

Şirkətin ofisləri Moskva, Sankt-Peterburq, Yekaterinburq və Yujno-Saxalinskdə yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*