Roma Papası Fransisk Donald Trampın immiqrasiya siyasətini pisləyib və qeyri-qanuni mühacirlərin deportasiyası planlarını rüsvayçılıq adlandırıb.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, İtaliya televiziyasına müsahibə verən Roma Papası Trampın immiqrasiya ilə bağlı planlaşdırdığı və onun andiçmə mərasimindən sonra qüvvəyə minəcək sərəncamlarına toxunub.
Francis deyib: “Əgər deyilənlər doğrudursa, ayıb olar. Bu düzgün yol deyil”. Fransisk üçün immiqrantların müdafiəsi onun missiyasının əsas hissəsidir.Bu məsələ onun üçün də şəxsi məsələdir. O, tərcümeyi-halında 1927-ci ildə İtaliyadan Argentinaya mühacirət etmək niyyətində olan və Principessa Mafalda gəmisinin qəzaya uğramasından möcüzəvi şəkildə xilas olan və bunu sonradan həyata keçirən ata-babasının və atasının hekayəsindən bəhs edir. Çikaqo kardinalı Blez Kupiç də Fransiskin fikiri ilə razılaşaraq, kütləvi deportasiya siyasətini tənqid edib. Donald Tramp ABŞ-nin 35-ci prezidenti Con Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətlləri ilə bağlı məxfi materialları yaymağa hazırlaşdığını da açıqlayıb.
Vəli Həsənoğlu,
KONKRET.az