Ronaldu amerikalı modelə 375 min dollar ödəyib – Zorlama məsələsibackend

Ronaldu amerikalı modelə 375 min dollar ödəyib - Zorlama məsələsi

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu onu təcavüzdə günahlandıran Ketrin Mayorqaya ödəniş etdiyini etiraf edib.

Ronaldu amerikalı modelə 375 min dollar ödəyib. Bununla belə, portuqaliyalı ulduz təcavüz iddialarını qəti şəkildə rədd edir.

Məhkəmə prosesinn mediadan gizli saxlanılması üçün Mayorqaya ödəniş edildiyi bildirilir. Ketrin 2010-cu ildə Ronaldudan 375 min dollar aldığını təsdiqləyib.

34 yaşlı oyunçunun məhkəmə sənədlərində qeyd olunub: “Ronaldu Mayorqaya 375 min dollar ödəyib və tərəflər həmin gecə baş verən hadisələrin gizlilik anlaşması çərçivəsində qalacağına dair razılıq əldə ediblər”.

Kriştianu hərəkətinin təcavüzü etiraf etmək kimi qiymətləndirilməməli olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*