Röya Aygünlə görüşündən danışdı – Gərək sənəti tərk edimbackend

Röya Aygünlə görüşündən danışdı - Gərək sənəti tərk edim

Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə görüşündən danışıb.

KONKRET.az xəbər verir ki, ifaçı bu haqda “Tarixin bir günü” verilişində söhbət açıb.

Müğənni görüşlərini belə şərh edib:

“Tarix yazan insanlar var ki, onlar danılmazdır. Bəzi məqamlar yaşanmışdı, onlara heç qayıtmaq istəmirəm. Özünə də dedim ki, bu dəfə nəsə olsa, gərək sənəti tərk edim. Bu dəfə biz hərtərəfli tanış olduq. Şəxsən tanış olmaq, çörək kəsmək qismət oldu. Mən hər zaman hörmətini saxlamışam. Əminəm ki, bu sevgi dostluğa çevriləcək. Necə ki, Zülfiyyə xanımla elə gözəl dostluğumuz var. Biz də çox gözəl dost olacağıq”.

Qeyd edək ki, bir neçə gün öncə ikilinin bir araya gəlməsi gündəmi alt-üst etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*