Türkiyə Radio və Televiziya Ali Qurumu (RTÜK) “Netflix”in yerli təmsilçisini cərimələyib.
KONKRET.az xəbər verir ki, buna səbəb kimi “Jurassic World Kretase Camp” cizgi filmində cəmiyyətin milli-mənəvi dəyərləri, ictimai əxlaq və ailəni qoruma prinsipinin pozulması göstərilib.
Ailə və Sosial Xidmətlər Nazirliyinin də şikayət etdiyi filmdə iki qızın öpüşdüyü səhnələrin yayım prinsiplərinə zidd olduğu müəyyən edilib.
