Ukraynanın Luqansk vilayətinin Rubijne şəhərində “kadırovçular” zabitlərini yerləşdirmək üçün sakinləri evlərindən çıxarırlar.
KONKRET.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
Onun sözlərinə görə, çeçenlər qorxudan tez-tez “yaşayış yerlərini” dəyişirlər.
Qayday əlavə edib ki, rus qoşunları Luqansk vilayətində bütün cəbhə xətti boyunca hər şeyi minalayır. Söhbət körpülərdən, yollardan, binalardan gedir. Xüsusilə, rus qoşunları Svatovo və Kremennaya gedən yolları təhlükəli hala gətirib.
Günel Mikayılova,
KONKRET.az
