KONKRET.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin qazisi olan Gəncə şəhər sakini 30 yaşlı Rüfət Qurbanov Rusiyanın Moskva şəhərində yerləşən xəstəxanaların birində beyin əməliyyatı keçirib.
Lakin əməliyyatdan sonra 30 yaşlı qazinin halı pisləşərək dünyasını dəyişib. Rüfət Qurbanov bu gün Gəncə şəhərində dəfn edilib.
Qeyd edək ki, Rüfət Qurbanov Vətən müharibəsində Kəlbəcər istiqamətində döyüşlərdə iştirak edib.