Ruhi xəstələrin görüntülərini çəkənlər axtarılır – Nazirlikdən açıqlamabackend

Ruhi xəstələrin görüntülərini çəkənlər axtarılır - Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.AZ xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”.

 

Maştağa xəstəxanasından biabırçı görüntü: Ruhi-əsəb xəstələri belə ələ salındı – VİDEO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*