Rumıniyada türk şirkətləri tərəfindən tikilən bütün binalar yoxlanacaq.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikolae Çuka göstəriş verib.
“Mən onların Rumıniyada nəsə tikib-tikmədiklərini yoxlamağı və nəticədən asılı olaraq hər bir qurum səviyyəsində görülə biləcək tədbirləri müəyyənləşdirməyi tələb etdim”, – deyə Nikolae Çuka bildirib.
Günel Mikayılova,
KONKRET.az
