Rus dilində dərs deyən müəllim çatışmazlığı problemi etiraf olundubackend

Rus dilində dərs deyən müəllim çatışmazlığı problemi etiraf olundu

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Xalq Təhsili Nazirliyi rus dilində dərs deyən müəllim çatışmazlığı problemini etiraf edib.

Nazirliyin mətbuat katibi Ənvər Umarov bildirib ki, “həqiqətən, Daşkəndin orta məktəblərində və bəzi bölgələrin inzibati mərkəzlərində rus dilində tədris edən müəllim heyətinin çatışmazlığı var. Xüsusilə Daşkənddə 167 rusdilli müəllimə ehtiyac var. Bu məktəblərdə mütəxəssis çatışmazlığı səbəbindən dərslər istənilən səviyyədə keçmir”.

Əgər respublikanın məktəblərində bir müəllimə düşən şagirdlərin orta sayı 12,3 nəfərdirsə, rusdilli məktəblərdə bu göstərici 25,6 nəfərdir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

“Bundan əlavə, Daşkənd və digər şəhərlərdəki rusdilli məktəblərin direktorlarının səriştəsizliyi səbəbindən müəllimlərin və tədris ədəbiyyatının azlığına baxmayaraq, valideynlərin tələbi ilə siniflərin sayı ildən-ilə artır. Bu problemin aradan qaldırılması üçün Dövlət Qəbul Komitəsinə kvotanın artırılması ilə bağlı təkliflər verilib”, – deyə mətbuat katibi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*