Rus generalının acı etirafıbackend

Rus generalının acı etirafı

Ukrayna Silahlı Qüvvələri səkkiz ildir ki, “LXR” və “DXR” ərazisində dərin eşelonlu, yaxşı möhkəmləndirilmiş müdafiə zonası yaradıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-polkovnik Sergey Rudskoy bildirib.

Onun sözlərinə görə, müdafiə zonası monolit, uzunmüddətli beton konstruksiyalar sistemidir.

“Bununla əlaqədar olaraq, Rusiya Federasiyası, “LXR” və “DXR” Silahlı Qüvvələrinin hərbi qulluqçularının itkilərini minimuma endirmək üçün hücum əməliyyatlarının aparılmasından əvvəl düşmənin güclü nöqtələrini və ehtiyat qüvvələrini müəyyən etməliyik”.

Günel Mikayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*