Rus ordusu Slavutiçi TƏRK ETDİ – Şəhər meri + VİDEObackend

Rus ordusu Slavutiçi TƏRK ETDİ - Şəhər meri + VİDEO

Rus ordusu Slavutiçi tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin meri Yuri Fomiçev Facebook-da yayımladığı videomüraciətdə məlumat verib.

Martın 26-da Slavutiçə daxil olan rus hərbçiləri martın 27-si bazar günü şəhəri tərk ediblər. Şəhər Ukrayna bayrağı altındadır.

“Onlar etmək istədikləri işləri gördülər – şəhəri yoxladılar. Bu gün onu tamamlayıb getdilər. Onlar şəhərdə yoxdular”, – Fomiçev deyib.

Rəsmi yerli hakimiyyət orqanlarının “işğalçılarla əməkdaşlıq” etdiyinə dair saxta məlumatları təkzib edib.

“Biz işğalçılarla əməkdaşlıq etmirik. Bütün problemlərimizi öz gücümüzlə həll edirik. Bizim heç kimin humanitar yardımına ehtiyacımız yoxdur, hər şeyimiz kifayət qədərdir. Ukraynanın bütün şəhər və qəsəbələrindən bizə kömək edirlər”, – deyə Fomiçev bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*