Rus soyad sonluqları TARİXƏ QOVUŞUR: Ötən il nə qədər vətəndaş “ov”, “yev” sonluqlarından İMTİNA EDİB?backend

Rus soyad sonluqları TARİXƏ QOVUŞUR: Ötən il nə qədər vətəndaş "ov", "yev" sonluqlarından İMTİNA EDİB?

Son zamanlar təkcə rus dili ilə bağlı deyil, həmçinin rus soyad sonluqlarından imtina edilməsilə əlaqədar müzakirələr cəmiyyətdə öz aktuallığını qoruyur. Təsadüfi deyil ki, hazırda böyük əksəriyyət “-ov”, “-yev” soyad sonluqlarının sürətlə dəyişdirilməsini və bununla əlaqədar qaydaların xeyli sadələşdirilməsini önəmli hesab edir. Bu kontekstdə soyadların milliləşdirilməsi üçün müvafiq qanunun tətbiqinə ehtiyac duyulduğu da önə çəkilir. Bəs görəsən, son ildə ölkə üzrə bu istiqamətdə neçə fakt qeydə alınıb?

KONKRET.az bununla bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib. Nazirlikdən verilən məlumatda bildirilib ki, 2022-ci ildə 47.877 Azərbaycan vətəndaşının “-ov”, “-yev” sonlu soyadı “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilib.

Müşviq Tofiqoğlu,

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*