Rusdilli xanımların İtaliyada qeyri-adi sərgüzəştləri – onların hüquqlarını müdafiə edən təşkilat yaradıldı – FOTObackend

Rusdilli xanımların İtaliyada qeyri-adi sərgüzəştləri - onların hüquqlarını müdafiə edən təşkilat yaradıldı - FOTO

Olya Boqaçuk

15 ildir İtaliyada yaşayan keçmiş qazaxıstanlı Olga Boqaçuk italyalı ərlərdən əziyyət çəkən rusdilli qadınlara hüquqi və psixoloji yardım göstərmək məqsədilə təşkilat yaradıb. Konkret.az xəbər verir ki, təsis etdiyi UDAR (Unione di Donne Associate Russofone) təşkilatı barədə danışan Boqaçuk deyib ki, həyat yoldaşı, əslən italiyalı ilə ciddi problemləri onu belə addım atmağa sövq edib. Çünki İtaliyada daha çıxılmaz vəziyyətdə olan rusdilli qadınların köməyə ehtiyacı var. İtaliyalılar Qazaxıstandan və digər ölkələrdən gələn xanımlarla əvvəlcə yaxşı davransalar da, ailə qurduqdan sonra onların kobud şəkildə küçələrə atılmaq təhlükəsi yaranır. Əksər rusdilli xanımlarda həyat hekayəsi oxşardır.

Romantik sevgi, həssas münasibət, diqqət və qayğı, hər gün məhəbbət dolu gül buketi və sonra dağılan sevgi dünyası. İtaliyalı kişilər rusdilli xanımlarını işləməyə qoymur, onlara italyan dilini mükəmməl öyrənməyə icazə vermir, xanımlarını daim nəzarətdə saxlamaq üçün hər təzyiqdən istifadə edirlər. Hədə qorxunu artırmaq və tam təslim etdirmək üçün vəhşi təcavüzə də tez-tez əl atırlar.

“İki il əvvəl xərçəngdən əziyyət çəkən anamı itirdim”, – deyən Olya italyanla ailə həyatından bəsh edir. Anasını yanında saxlayan Olya bacardığı qədər ona kömək edib. Sonra əri ilə ciddi problemlər yaşayıb, evdən küçəyə atılmaq qorxusu ilə yaşayıb. Məhz bundan sonra başa düşüb ki, digər insanlara da kömək etmək məcburiyyətindədir.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*