Rusiya və ABŞ arasındakı münasibətlər faktiki olaraq çox aşağı səviyyədədir.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“ABŞ-ın hazırkı administrasiyası ilə işləməyin üstünlüyü dialoq üçün müəyyən kanalların mövcudluğudur. Bu, müsbət haldır. Çünki bir neçə il əvvəl bu kanalların sayı sıfır idi. Amma təəssüf ki, ikitərəfli münasibətlərdə yalnız mənfi cəhətlərdən danışmaq olar”, – Peskov bildirib.
