Rusiyada “An” təyyarələri 5 aya xarab ola bilər.
KONKRET.az xəbər verir ki, bu barədə An-24 və An-26 regional təyyarələrini idarə edən Rusiya aviaşirkətləri bildiriblər. Onlar 412 saylı Rostov Mülki Aviasiya Zavodunun bağlanması ilə əlaqədar turbovintli mühərriklərin təmirində yaranan problemlərlə bağlı hakimiyyət orqanlarına şikayət edib.
“Bu o deməkdir ki, Rusiya aviaşirkətlərində mövcud olan bütün An-24 və An-26 tipli təyyarələr maksimum 5-6 ay ərzində dayanacaq”, – deyə “İrAero” aviaşirkətinin Baş direktoru Yuri Lapin məktubunda hökumətə xəbərdarlıq edib.
Xuraman Etibarlı,
KONKRET.az
