Rusiya Avropaya qarşı “enerji müharibəsi”nə BAŞLADI: Von der Leyen “uğursuzluqlara” hazır olmağa ÇAĞIRDIbackend

Rusiya Avropaya qarşı “enerji müharibəsi”nə BAŞLADI: Von der Leyen “uğursuzluqlara” hazır olmağa ÇAĞIRDI

Ursula Von der Leyen Rusiyanın Aİ-nin 12 ölkəsinə qaz tədarükünü kəsdiyini bəyan edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbəri bunun hansı ölkələr olduğunu açıqlamayıb. Lakin Rusiyanı Aİ-yə qarşı “enerji müharibəsi” başlatmaqda ittiham edib. Von der Leyen insanları “daha böyük uğursuzluqlara” hazırlaşmağa çağırıb.

Xatırladaq ki, Ukraynada keçirilən xüsusi əməliyyata görə Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra rəsmi Moskva “dost olmayan dövlətlərlə” qazın ödənişinin yeni sxemini hazırlayıb. Bu sxemə əsasən həmin ölkələrə Rusiya qazının ödənişini rublla etmək tapşırılıb.   Bəzi Aİ ölkələri (Bolqarıstan, Polşa, Latviya və başqaları) qazın pulunu rus valyutası ilə ödəməkdən imtina etdiyindən, “Qazprom” həmin dövlətlərə qaz nəqlini dayandırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*