Rusiya Avropaya qaz axınını qeyri-müəyyən müddətə DAYANDIRDIbackend

Rusiya Avropaya qaz axınını qeyri-müəyyən müddətə DAYANDIRDI

Rusiyanın enerji şirkəti “Qazprom” Şimal axını boru kəmərindən təbii qaz nəqlinin qeyri-müəyyən müddətə dayandırıldığını bildirib.

KONKRET.az xəbər verir ki, Rusiyanın “Qazprom” qaz şirkəti cümə günü axşam saatlarında fəaliyyətini davam etdirən yeganə Portovaya kompressor stansiyasındakı nasazlıq səbəbindən “Şimal axını” boru kəməri ilə qaz nəqlini tamamilə dayandırdığını elan edib.

Onlar iddia edirlər ki, Portovaya kompressor stansiyasının Trent 60 qaz nasos qurğusunda müntəzəm texniki qulluq zamanı “aşağı və ara təzyiqli rotorun kabel xətlərinin terminal birləşmələrinin bağlayıcılarında sürət sensorlarında yağ sızması aşkar edilmişdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*