Rusiya Bağdadinin öldüyünə hələ də inanmır, çünki …backend

Rusiya Bağdadinin öldüyünə hələ də inanmır, çünki ...

Amerika İŞİD lideri Bağdadinin öldürüldüyünü açıqlasa da, Rusiya hələ də buna inanmır.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən Bağdadinin Amerika hərbi qüvvələri tərəfindən öldürülməsini şərh edib.

Bağdadinin öldürüldüyünə dair ABŞ-dan rəsmi təsdiq alıb-almadıqları ilə bağlı ünvanlanan suala Peskov “Xeyr, əlimizdə təsdiq yoxdur” deyib.

Qeyd edək ki, İŞİD lideri Bağdadi ABŞ xüsusi təyinatlıları tərəfindən 8 helikopterlə İdlibin şimalında keçirilən əməliyyat zamanı ölü ələ keçirilib.

ABŞ prezidenti Donald Tramp açıqlamasında Bağdadinin tapıldığı evin altındakı tunellərdən birinə girərək üzərində olan partlayıcını partlatdığını və yanındakı 3 uşaqla birlikdə öldüyünü bildirib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*