Rusiya bəyan edib ki, Bakı ilə NATO ölkələri arasında sıx təmaslar arzuolunmazdır.
KONKRET.az xəbər verir ki, bunu noyabrın 2-də jurnalistlərlə görüşündə rusiyalı politoloq Eduard Solovyov deyib.
“Müşahidəçilərin, xüsusən də ATƏT-in meydana çıxması müharibəni dayandırmır. Lakin Soçi görüşünə hazırlıq tərəflərin sərhəddəki taktikasına da təsir edib. Azərbaycanın hərbi fəallığını müəyyən qədər səngiyib.
İranın mövqeyi zamanla inkişaf edir. Əvvəlcə İran Azərbaycanın ərazi bütövlüyünün bərpasını alqışladı, sonra Bakının İsraillə sıx əməkdaşlığı ilə bağlı suallar yarandı.
Rusiya tərəfdən də belə bəyanatlar eşidilir və Bakı ilə NATO ölkələri arasında sıx təmasların həddindən artıq arzuolunmazlığı vurğulanır”, – deyə ekspert bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
