Rusiya bəzi ölkələrdən neft və qaz üçün ödəniş kimi Bitkoin-i qəbul edə bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Dövlət Dumasının enerji komitəsinə rəhbərlik edən Pavel Zavalnı dost ölkələrə də öz yerli valyutalarında ödənişlər etməyə icazə verilə biləcəyini açıqlayıb.
Zavalnı “sanksiyaya cəlb olunmayan” ölkələr arasında Çin və Türkiyəni göstərib. Bu həftə Rusiya prezidenti Vladimir Putin “düşmən olmayan” ölkələrin təbii qazın rublla almasını istədiyini bildirib.
Görünür, bu addım 20 faizdən çox dəyər itirən Rusiya valyutasının bahalaşmasına yönəlib. Qeyd edək ki, Rusiya dünyanın ən böyük təbii qaz ixracatçısı və ikinci ən böyük neft tədarükçüsüdür .
İqbal Rzayev,
KONKRET.az
