Rusiya bu adada virus laboratoriyası yaradıbbackend

Rusiya bu adada virus laboratoriyası yaradıb

Rusiyanın Lisiy adasında virusları və digər təhlükəli patogenləri sınaqdan keçirən biolaboratoriya fəaliyyət göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, laboratoriyada Rusiya ordusunun xeyrinə veterinar və fizioloji tədqiqatlar adı altında viruslar və digər patogenlərlə bağlı təcrübələrin aparıldığı ehtimal olunur.

Bildirilib ki, 2023-cü ildən bəri adanın ətrafı balıq ovu, üzgüçülük və digər istirahət fəaliyyətləri üçün bağlanıb.

Kompleks hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, ciddi təhlükəsizlik tədbirləri altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*