Rusiya bu ölkələrlə uçuşları bərpa edirbackend

Rusiya bu ölkələrlə uçuşları bərpa edir

Rusiya sentyabrın 21-dən etibarən Belarus, Qazaxıstan və Qırğızıstanla beynəlxalq uçuşları bərpa edib.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə Operativ Qərargahının məlumatında deyilir:

“İclasın nəticələrinə əsasən, sentyabrın 21-dən etibarən Qazaxıstan (Nur-Sultan şəhəri), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) qarşılıqlı uçuşlar bərpa ediləcək. Reyslər həftədə bir dəfə həyata keçiriləcək”.

Bununla yanaşı Rusiya sentyabrın 27-dən etibarən Cənubi Koreya ilə də (Seul şəhəri) uçuşları bərpa edəcək. Cənubi Koreya pandemiya səbəbindən sərhədləri bağlamasa da, bu addımı Rusiya və digər ölkələr atmışdı. Seulla da aviareyslər həftədə bir dəfə həyata keçiriləcək.qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*