Rusiya bu tarixdən beynəlxalq uçuşları bərpa edirbackend

Rusiya bu tarixdən beynəlxalq uçuşları bərpa edir

Rusiya hökuməti iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa etməyə qərar verib.

KONKRET.az-ın verdiyi məlumata görə, bu barədə Baş Nazirin müavini Tatyana Qolikova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bu ona görə mümkün olub ki, bildiyiniz kimi, artıq olduqca uzun müddətdir koronavirus infeksiyasına yoluxma hallarının azalması müşahidə olunur. Aviauçuşlar o ölkələrlə bərpa olunacaq ki, həmin ölkələrdə əhalinin hər 100 min nəfərinə görə 14 gündə, yəni inkubasiya dövründə COVID-19-a 40-dan çox yoluxma olmasın. Bu ölkələrdə orta sutkalıq yoluxma halı 1 faizi keçməməlidir”, – deyə Rusiya Baş Nazirinin müavini vurğulayıb.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*