“Rusiya da SSRİ kimi dağılacaq” – Venediktovbackend

"Rusiya da SSRİ kimi dağılacaq" – Venediktov

Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın “Exo Moskva” radiostansiyasının rəhbəri Aleksey Venediktov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixin öyrənilməsi məsələlərinə müdaxilə edəcəyi, hamıya məlum faktları gizlədəcəyi və təhrif edəcəyi təqdirdə ölkənin parçalanması qaçılmaz olacaq:

“Sovet İttifaqının belə sürətli dağılmasının səbəblərindən biri, mənim fikrimcə, tarixin məktəbdə və sonrakı ictimai həyatda tədris edilməsidir. Bunu deyərkən marksizm-leninizm və faktların təhrif olunmasına əsaslanan tarix kitablarını nəzərdə tuturam. Sovet vətəndaşları 1991-ci ildə SSRİ-nin iflasını tamamilə biganə şəkildə izlədilər və onun müdafiəsinə qalxmadılar, çünki sovet dövləti yalan və saxtakarlığa əsaslanırdı. Rusiyanın taleyi də buna bənzərdir”. /bakuexo.az

  • Zəminə
    May 10, 2021 - 14:55

    Parapsixologiyada da qeyd olunurki,harda beş ulduz varsa işarətində,həmin yer mütləq dağlacaq.Sovetlər İttifaqı dağıldı.Növbə Rusiyanındı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*