Rusiya daha iki şirkətin qazını kəsdibackend

Rusiya daha iki şirkətin qazını kəsdi

Rusiyanın enerji şirkəti “Qazprom” “Shell Energy Europe” və Danimarkanın “Orsted” şirkətlərinə təbii qaz nəqlinin tamamilə dayandırıb.

KONKRET.az xəbər verir ki, “Qazprom” adıçəkilən şirkətlərinin Rusiya qazının nəqli üçün lazımi ödənişi rublla etmədiyini bildirib.

Hər iki şirkət aprelin 1-dən etibarən Rusiya qazı üçün ödənişlərin rublla edilməsi tələbini pozub.

Qeyd edək ki, “Qazprom” daha əvvəl rublla ödəniş etmədiklərini əsas gətirərək Polşa, Bolqarıstan, Finlandiya və Hollandiyaya təbii qaz nəqlini dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*