Rusiya donanmasının baş komandanı işdən çıxarıldıbackend

Rusiya donanmasının baş komandanı işdən çıxarıldı

Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Evmenovun vəzifəsindən azad edildiyi deyilir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” və “Fontanka” nəşrləri məlumat yayıb.

Bildirilir ki, Şimal Donanmasının komandiri admiral Aleksandr Moiseyev baş komandan səlahiyyətlərini icra edəcək.

Komandanın dəyişdirilməsi barədə artıq Ali Baş Komandanlığın şəxsi heyətinə məlumat verilib.

Qeyd edək ki, Moiseyev 3 may 2019-cu ildən Şimal Donanmasına komandanlıq edib.

Rusiya hakimiyyət orqanları hələlik xəbərlərə münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*