Rusiya əleyhinə sanksiyalar dünyanı necə dəyişəcək və hansı fəsadlara yol açacaq? – Medvedyev AÇIQLADIbackend

Rusiya əleyhinə sanksiyalar dünyanı necə dəyişəcək və hansı fəsadlara yol açacaq? – Medvedyev AÇIQLADI

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbin anti-Rusiya sanksiyalarının tətbiqinin dünyanı hansı nəticələrə gətirəcəyi haqda danışıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Medvedyev bir sıra qlobal mal tədarük zəncirlərinin iflasa uğrayacağına əmin olduğunu deyib. Bunun isə böyük logistik böhrana səbəb olacağını diqqətə çatdırıb.  O, Rusiya ərazisi üzərində uçuşlara qadağa qoyulması səbəbindən bəzi xarici aviaşirkətlərin dağılacağını da istisna etməyib.

Medvedyev hesab edir ki, enerji təchizatına sanksiyalar tətbiq edən dövlətlərdə enerji böhranı güclənəcək və yanacağın qiymətinin artımı davam edəcək. Bundan sonra dünyada ayrı-ayrı dövlətlərdə qida böhranı yaranacaq.

Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, bəzi ölkələrdə pul-maliyyə böhranı baş verəcək, uzun illərdir vəziyyətin sülh yolu ilə həll olunmadığı ərazilərdə regional hərbi münaqişələr başlayacaq. Bundan əlavə o, Qərbin diqqətinin Rusiyaya yönəlməsi səbəbindən  terrorçuların fəallaşa biləcəyini də vurğulayıb.

“Yeni epidemiyalar yarana bilər. Həmçinin Ukraynadakı vəziyyətin həllində effektivliyini sübut edə bilməyən beynəlxalq qurumların fəaliyyəti azalmağa başlayacaq. Praqmatik meyarlar əsasında yeni beynəlxalq alyanslar formalaşacaq” – Medvedyev vurğulayıb.

Rusiya rəsmisinin sözlərinə görə, dünyada yeni təhlükəsizlik arxitekturası yaradılacaq: “Beynəlxalq münasibətlərin qərbləşmiş konsepsiyaları zəifləyəcək. Amerika mərkəzli dünya ideyasının süqutu tezləşəcək. Qərblə münaqişənin kəskin mərhələsində olan ölkələrin maraqları isə dünya birliyi tərəfindən tanınacaq” – deyə siyasətçi fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Vladimir Putin Qərbin Rusiyaya qarşı sanksiyalarının qlobal iqtisadiyyat üçün çox ciddi nəticələrə səbəb olacağını açıqlamışdı.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*