Rusiyanın Ermənistana münasibətdə siyasəti dövlətlərin öz maraqlarından çıxış edərək hərəkət etməsini nəzərdə tutan siyasi realizm prinsiplərinə əsaslanır.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Ara Poqosyan Alpha News-a açıqlamasında bildirib.
“Ermənistanın indiki hakimiyyətinin siyasəti Rusiyanın regiondakı təsirini məhdudlaşdırmağa yönəlib və Rusiya da buna müvafiq reaksiya verir”, – deyə ekspert bildirib.
Politoloq iqtisadi sferanın Rusiya üçün əhəmiyyətli təsir aləti olaraq qaldığını vurğulayıb.
O, həmçinin qeyd edib ki, onun qiymətləndirməsinə görə, Ermənistanın Rusiya bazarındakı mümkün itkilərini logistika və struktur xüsusiyyətlərini nəzərə alaraq yaxın illərdə Avropa bazarları hesabına tam kompensasiya etmək mümkün olmayacaq.
Natiq Səlim,
KONKRET.az
