Rusiya Ermənistanla həmişəki kimi işləməyə davam edir və Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı bütün öhdəliklərini yerinə yetirir.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın nəqliyyat naziri Andrey Nikitin deyib.
O bildirib ki, İrəvan mövcud razılaşmalardan rəsmi olaraq imtina etməyib:
“Ermənistan vaxtaşırı bu məsələ ilə bağlı açıqlamalar verir, lakin əməkdaşlıq eyni formatda davam edir”.
