Rusiya Ermənistanda qazın qiymətini ARTIRIRbackend

Rusiya Ermənistanda qazın qiymətini ARTIRIR

Ermənistana qaz ixrac edən yeganə qurum – Rusiyanın “Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb.

KONKRET.az Novosti-Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib.

2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq.

“Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə “Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*