2026-cı ilin yanvar–iyun aylarında Rusiya filmlərinin beynəlxalq kinoprokatdan əldə etdiyi gəlir son altı ilin ən aşağı səviyyəsinə enib.
KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazır.
Filmlər xarici kinoprokatdan cəmi 3,16 milyon ABŞ dolları gəlir əldə edib ki, bu da son altı ilin ən zəif göstəricisidir. 2025-ci ilin eyni dövrü ilə müqayisədə Rusiya filmlərinin xarici kassadan qazancı 32% azalıb.
2026-cı ilin ilk yarısında xarici bazarda ən çox gəlir gətirən Rusiya filmi “Kraken” olub. Film 533 260 ABŞ dolları gəlir əldə edib.
Rusiya filmləri üçün ən gəlirli xarici bazar Peru olub (514 460 ABŞ dolları). Sonrakı yerlərdə İtaliya (271 720 ABŞ dolları) və Türkiyə (259 510 ABŞ dolları) qərarlaşıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
