Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyata cəlb ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Baş Qərargah bir gündə 414 rusiyalı sülhməramlı qüvvənin və bir neçə onlarla avtomobilin və digər vasitələrin, habelə səkkiz helikopter və pilotsuz təyyarənin Dağlıq Qarabağa köçürüldüyünü bildirmişdi. Ümumilikdə qruplaşmaya 1960 hərbi qulluqçu, 90 zirehli maşın, 380 ədəd avtomobil və digər texnika daxil olmalıdır.
An-124 “Ruslan” hərbi nəqliyyat təyyarəsi səkkiz Mi-8 və Mi-24 helikopterini İrəvan aerodromuna çatdırıb.
“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcəklər” deyilir.
Bundan əlavə, vertolyotlar sülhməramlı kontingentin heyətini və əşyalarını çətin ərazilərə aparacaq.
Qeyd edək ki, 10 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar. Bəyanata görə, bir sıra bölgələr Azərbaycanın nəzarətinə keçir, tərəflər əsir mübadiləsi aparır, Rusiya sülhməramlıları təmas xətti və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca yerləşdirilir.
Paşinyan müqaviləni imzalamaq qərarının onun üçün son dərəcə çətin olduğunu bildirib.
Babək Göyüş