Rusiya hər yeri növbə ilə təslim edəcək – Erməni ekspertbackend

Rusiya hər yeri növbə ilə təslim edəcək - Erməni ekspert

“Rusiya hər yeri bir-bir təslim edəcək”.

KONKRET.az xəbər verir ki, bunu avqustun 9-da jurnalistlərlə görüşündə Azərbaycan məsələləri üzrə ekspert Armine Adibekyan deyib.

“Ruslar hər yeri növbə ilə təhvil verəcəklər. 2020-ci il noyabrın 9-dan sonra Rusiyanın Azərbaycana nə qədər ərazi verdiyini gördünüzmü? Onlar güzəşt etməyə davam edəcəklər”, – deyə ekspert bildirib.

Onun fikrincə, lazım gələrsə, Rusiya Qarabağı “lent vurub təslim edəcək”. 

“Rusiya sülhməramlıları Ermənistanın maraqlarını qorumağa borclu deyillər. Onlar Rusiyanın maraqlarını qoruyacaqlar. Rusiya bizim əvəzimizə erməniləri müdafiə etməyəcək. Moskvanın başqa problemləri var. Rusları kim gətirdi? Rusiya sülhməramlılarının Qarabağda yerləşdirildiyi sənədi kim imzalayıb? Paşinyan. Elə deyilmi? Qarabağı bizdən yaxşı heç kim müdafiə edə bilməz”, – deyə Adibekyan cərənləyib.

O, Rusiya sülhməramlılarının Ermənistan ərazisində olmasından çaşdığını bildirib.

“Niyə mən xarici əsgərə öz ölkəm ətrafında hərəkət etmək üçün sənəd göstərməliyəm? Sabah bu rus oğlan silahını yığıb gedəcək, yerinə türkü gətirəcək. Çünki orada türk kapitalı işləyəcək. Mən uzun illərdir ki, Türkiyənin Ermənistana qoşun yeridəcəyindən danışıram. Rus gedəcək və yerini türkə verəcək, çünki Türkiyə və Rusiya hazırda bir-biri ilə ciddi enerji və ticarət müqavilələri bağlayır”, – deyə Adibekyan bildirib.

Adibekyan Meğri-Ağarak yolundakı postda yoxlamalardan da danışıb.

“Bəlkə bu maskalanmış türk və ya azərbaycanlıdı? Hansı əsasla ordadır və sənədləri yoxlayır? Ola bilsin ki, Paşinyan qorxusundan piştaxtanın altından hansısa sənədə imza atıb. Əgər belədirsə, o zaman əcnəbi hərbçidən Ermənistanın imzaladığı sənədi göstərməyi tələb etmək lazımdır”, – deyə ekspert sərsəmləyib.

Xatırladaq ki, avqustun 8-də məlum olub ki, Meğri və Ağarak şəhərləri arasındakı yolda post qurulub və Rusiya sülhməramlıları sənədləri və yükləri yoxlayır. Bu postun Zəngəzurun Meğri-Ağarak yolunda 9 aydır quraşdırıldığı bildirilir.

Rusiya FTX-nin Ermənistandakı Sərhəd Departamentində Meğri-Ağarak yolu hissəsində nəzarətin gücləndirilməsi İrandan Ermənistana qeyri-qanuni yolla ağır narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) gətirilməsi cəhdlərinin artması ilə izah edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*