Rusiya hərbçiləri bankomat növbəsində olan vətəndaşları bombaladı – 9 ölü, 13 yaralı varbackend

Rusiya hərbçiləri bankomat növbəsində olan vətəndaşları bombaladı - 9 ölü, 13 yaralı var

Rusiya hərbçiləri bu dəfə Ukraynanın Nikolayev şəhərini bombardman edib.

KONKRET.az-ın “Unian.net”ə istinadən xəbərinə görə, bombardman nəticəsində 9 nəfər həlak olub, daha 13 nəfər yaralanıb

Bu barədə Nikolayevin meri Aleksandr Senkeviç məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 7-si reanimasiyadadır:

“Kaset mərmiləri ilə bombardman olub. Onlar iki yaşayış məntəqəsini – Solyanye və Severnı əhatə edib. Hazırda 13 yaralı var, onlardan 7-si reanimasiyadadır, 9 nəfər dünyasını dəyişib. Bunlar sadə vətəndaşlardır, əsasən də yaşlılardır, mağaza yanında bankomat növbəsinə durmuşdular.

Sadəcə yaşayış məntəqələrini bombalayıblar. Uşaq meydançasına, fərdi evlərə mərmilər düşüb” – deyə Senkeviç qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*