Rusiya hərbçilərindən ermənilər üçün daha bir XİDMƏT: Qəbiristanlığı təmizlədilər – VİDEObackend

Rusiya hərbçilərindən ermənilər üçün daha bir XİDMƏT: Qəbiristanlığı təmizlədilər - VİDEO

“Bəs biz Şuşanın 1 qəsəbə və 36 kəndindəki, Laçın şəhəri və ətraf kəndlərdəki, Xocalıdakı, Kərkicahandakı, Malıbəylidəki, Ağdərədəki və s. məzarlarımızı nə vaxt ziyarət edə biləcəyik?..”
Rusiya “sülhməramlı”ları Şuşadakı erməni qəbiristanlığının ərazisini minalardan təmizləyib.
KONKRET.az xəbər verir ki, bu haqda  məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yayılıb.
“Mülki əhalinin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün qədim(!-S.L.) erməni qəbiristanlığının 1,5 hektar ərazisi təmizlənib. Minatəmizləmə zamanı 5 partlayıcı obyekt aşkar edilib”, – Rusiya “sülhməramlı” kontingentinin sözçüsü Pyotr Parşikov belə deyib.
Qeyd edək ki, Şuşadakı erməni qəbiristanlığı Cıdır düzünün yuxarı hissəsindədir. Amma təbii ki, orada qədim erməni məzarı, abidəsi-filanı yoxdur. Şuşa sakinlərinin də şahidliyinə görə, oradakı hay qəbirlərinin üzərindəki yazılardan onların uzağı, 1828-ci ildən bəriyə, yəni Rusiya imperiyasının hayları  İrandan, Türkiyədən Azərbaycan torpaqlarına köçürməsindən bu yana olan tarixlərə aiddir…
P.S. Yəqin Rusiya hərbçiləri sözügedən qəbirstanlığı təmizləyir ki, tezliklə dindaşlarının oraya da ziyarətlərini təşkil etsinlər…
Bəs biz Şuşanın 1 qəsəbə və 36 kəndindəki, Laçın şəhəri və ətraf kəndlərdəki, Xocalıdakı, Kərkicahandakı, Malıbəylidəki, Qaradağlıdakı, Ağdərədəki və s. məzarlarımızı nə vaxt ziyarət edə biləcəyik?..
/moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*