Rusiya hərbi baza qurmaq istəyir, hökumət isə… – Putinə YENİ ŞƏRTbackend

Rusiya hərbi baza qurmaq istəyir, hökumət isə... - Putinə YENİ ŞƏRT

Sudan hakimiyyəti Qırmızı dəniz sahillərində Rusiya hərbi-dəniz bazasının inşasına dair razılaşmanı dəyişdirmək istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Sudan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Sudan hakimiyyətinin yeni şərtinə görə, Moskva hərbi bazanın istismara verilməsindən sonra beş il ərzində bu ölkəyə iqtisadi yardım paketi verməlidir. Moskva bu şərti yerinə yetirərsə, rəsmi Xartum icarə müddətini 25 ilə qədər uzada bilər.

Rusiyanın bu təklifə hələ cavab vermədiyi bildirilib.

İyunda Rusiyanın Sudanda hərbi baza quracağı açıqlanıb. Söhbət Rusiya Hərbi Dəniz Qüvvələri üçün Qırmızı dənizdə bir logistika mərkəzinin inşasından gedir. Moskva və Xartum 2020-ci ildə bununla bağlı müqavilə imzalayıb.

2017-ci ildə o vaxtkı ölkə prezidenti olan Ömər əl-Bəşir rusiyalı həmkarı Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə Qırmızı dənizdə belə bir bazanın inşası barədə anlaşma əldə etmişdi. 2019-cu ildə Sudanda hakimiyyət çevrilişindən sonra yeni hərbi rejim anlaşmadan imtina etsə də, ötən il bunu rəsmiləşdirən müqaviləni təsdiqləyib. Bu ilin əvvəlində isə müqavilədən imtina edib, daha sonra müəyyən şərtlər daxilində bazanın inşa edilə biləcəyini açıqlayıb. Moskvanın Xartumun yeni şərtlərinə hansı cavab verəcəyi bəlli deyil./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*