“Hakimiyyətə gələndən sonra Rusiya ilə birlikdə Suriyaya getdik, bütün beynəlxalq qurumlarda Rusiyaya səs verdik, KTMT-dən çıxmadıq, Aİİ-dən çıxmadıq, amma müharibə zamanı eyni nəticəni aldıq”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı sadəcə qorumadı: “Qoruma arzusu varsa qoruyur, istəməsə, min səbəb tapa bilər”.
Natiq Səlim,
KONKRET.az