Rusiya inadından dönmür – əsas şərt açıqlandıbackend

Rusiya inadından dönmür - əsas şərt açıqlandı

Ermənistanın iqtisadiyyat naziri və Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Almatıda keçirilən görüş zamanı Ermənistan məhsullarının Rusiya bazarına tədarükü məsələsini müzakirə ediblər.

KONKRET.az bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, Gevork Papoyan və Oksana Lut arasında keçirilən görüşdən sonra Rusiya qurumu bəyan edib ki, ölkəsinə idxal olunan kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi onların Rusiya bazarına tədarükünün bərpası üçün əsas şərtdir.

Rusiya tərəfi Ermənistan istehsalçılarının öz xammallarından istifadə etməsini vacib hesab edir, həmçinin nəzarət, təchizat zəncirinin izlənilə bilməsi və digər məcburi standartlara riayət olunması tələblərini irəli sürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*