“Rusiya iqtisadiyyatını məhv etmək istəyi Avropanı diz çökdürdü” – Andrey Koşkindən İLGİNC AÇIQLAMAbackend

“Rusiya iqtisadiyyatını məhv etmək istəyi Avropanı diz çökdürdü” - Andrey Koşkindən İLGİNC AÇIQLAMA

“Qərb dövlətləri fəal şəkildə sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını məhv etməyə çalışırlar”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının müdiri Andrey Koşkin deyib. O bildirib ki, Moskvaya təzyiq nəticəsində Avropa özü diz çöküb.

Andrey Koşkin əlavə edib ki, Rusiyanın qarət edilməsində iştirakı olan dövlətlərdən qisas almaq lazımdır. Bu vəziyyətdə məhdudiyyətlər simmetrik olmamalıdır. Koşkinin fikrincə, “kollektiv Qərbin həssas zonalarını” vurmaq lazımdır:

“Əks-sanksiyalar ABŞ-a, xüsusən də Avropaya başa salmalıdır ki, Rusiya bu şəkildə cəzalandırıla bilməz və ona ədalətsiz yanaşmaq olmaz. Çünki bütün bunlar beynəlxalq hüququn pozulmasıdır. Bunu edənlərin hamısı sanksiya siyahısına salınacaq” – deyə politoloq vurğulayıb.

Eyni zamanda Qərb dövlətlərinin hərəkətlərindən Ukrayna da zərər çəkir. Politoloq Konrad Renkasın fikrincə, bunun əvəzində Kiyevin ancaq əmrləri və demək olar ki, qeyri-məhdud hərbi resurslara çıxışı var.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*